Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz"
Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsinə dəstək versə də, bu prosesi təkbaşına təmin edə bilməz.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Global Finance" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi üçün qiymət və məzənnə sabitliyinin, sağlam bank sisteminin qorunması, eləcə də uzunmüddətli yığımların məhsuldar investisiyalara yönəldilməsinə imkan verən bazar mühitinin formalaşdırılması vacibdir.
T. Kazımov hesab edir ki, Azərbaycanda iqtisadiyyatın enerji sektorundan asılılığının azaldılması istiqamətində qeyri-neft sahələrinin inkişafı və özəl investisiyaların artımı mühüm rol oynayır.
AMB sədri qeyd edib ki, cari ilin ilk altı ayında Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatda payı təxminən 70 % təşkil edib. Bu dövrdə nəqliyyat və logistika sahələrində 8 %, informasiya və kommunikasiya sektorunda 7,5 %, qeyri-neft sənayesində isə 4,1 % artım qeydə alınıb. Tikinti sektorunda isə 13 % azalma olub.
T. Kazımov qeyd edib ki, bu göstəricilər iqtisadi fəallığın xarici valyuta gəlirləri yaradan sahələrə yönəlməsi baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft sektoruna investisiyalar 5,5 % artıb: "Bu artım əsasən özəl sektorun investisiyalarının 20,8 % yüksəlməsi hesabına təmin edilib. Bu, dövlət investisiyalarının 3,8 % azalmasını kompensasiya edib".
O vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsinin sürəti 2027-2030-cu illər üçün nəzərdə tutulan iqtisadi islahatlardan asılı olacaq: "AMB-nin əsas vəzifəsi isə makroiqtisadi və maliyyə sabitliyini təmin etməkdir".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb













