"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır
Far.Az xəbər saytı

"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır


"Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Far.Az" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək, 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

"Birkart" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.

Oxşar xəbərlər

Xankəndi bayrama hazırlaşır
"Xalq Bank" 5 milyon manatlıq istiqraz buraxır
"Monetri" BOKT 3 milyon manatlıq istiqraz buraxır
Azərbaycanın kollektor agentliyi səhm və istiqraz buraxır
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər