Xanlar Vəliyev təqaüdə göndərildi
Azərbaycan baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb.
Far.Az xəbər verir ki, bu səbəblə baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi peşəkarlığı, Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.
Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni baş prokuror tərəfindən təqdim olunub.
Məlumat üçün bildiririk ki, Xanlar Vəliyev əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayıb. Daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993-2000-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun müavini olub.
2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırkı vaxtadək həmin vəzifədə çalışıb.
O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə" medalı, "Azərbaycan bayrağı" ordeni, "Vətənə xidmətə görə" 2-ci və 1-ci dərəcəli ordenləri, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib, həmçinin "Əməkdar hüquqşünas" fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













