Azərbaycanın sülhyönümlü siyasət yürütməsinə baxmayaraq, Ermənistan yalan danışır
Far.Az xəbər saytı

Azərbaycanın sülhyönümlü siyasət yürütməsinə baxmayaraq, Ermənistan yalan danışır


Azərbaycanın sülhyönümlü siyasət yürütməsinə və sülh təşəbbüsünü irəli sürməsinə baxmayaraq, Ermənistan yalan danışır.

Far.Az xəbər verir ki, bunu deputat Ramil Həsən "Baku Tv"yə müsahibəsində deyib.

O qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirə vacib məqamdır: "Bütün problemlər müharibədən sonra danışıqlar vasitəsilə həll olunur. Azərbaycanın sülhyönümlü siyasət yürütməsi, Azərbaycan xarici işlər nazirinin bu tip platformalarda açıq və rahat şəkildə iştirakı bu istiqamətdə atılan müsbət addımlardır".

"Lakin Ermənistan öz Konstitusiyasına Qarabağla bağlı vaxtilə etdiyi əlavəni aradan qaldırmır, bu azmış kimi Türkiyəyə ərazi iddiaları irəli sürür. Bütün bunları dünya ictimaiyyətinə özünə sərf edən tərzdə təqdim edir. Sanki Azərbaycan sülh istəmir, Ermənistan isə gecə-gündüz sülh üçün çalışır.

Reallıq ondan ibarətdir ki, Ermənistan öz Konstitusiyasından o əlavəni çıxarmayana qədər bölgəyə davamlı sülh gəlməyəcək. Azərbaycan haqlı olaraq sülh müqaviləsinin imzalanmasına çalışır", - R.Həsən bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İlham Əliyevin iştirakı ilə Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər