Antalya Diplomatiya Forumunda diqqətçəkən məqamlar
Aprelin 11-də Türkiyədə öz işinə başlayan Antalya Diplomatiya Forumunun ikinci günü yekunlaşıb.
BAKU.WS xəbər verir ki, dünyanın 140-dan çox ölkəsinin dövlət və hökumət başçılarının qatıldığı tədbirdə çoxsaylı panel iclasları keçirilib.
Forumun ikinci günündə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. Görüşdə Azərbaycanla Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Digər iclaslarda qlobal Cənubun rolu, parçalanmış dünyada çoxtərəfliliyin gücləndirilməsi, Suriyada sabitliyin bərpa olunması, Balkan yarımadası ölkələrində firavan gələcəyə təsir edən cari dəyişiklik dinamikası kimi önəmli siyasi mövzular müzakirə olunub. Eləcə də geosiyasi və iqtisadi problemlərin mərkəzində dayanan kritik xammalın əhəmiyyəti, dünya siyasətində Afrikanın artan rolu, bununla belə davam edən münaqişələr, iqtisadi sarsıntılar fonunda qlobal qida təhlükəsizliyi ilə mübarizə və parçalanmış dünyada gələcəyin qurulması, təhsilin transformasiya gücü kimi əhəmiyyətli mövzular müzakirə olunub.
Forum çərçivəsində Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar mövzusunda panel iclas keçirildi. İclasda Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri görüşdülər.
Ətraflı "Baku TV"nin süjetində:
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













