Makron "Telegram"ın qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib
Fransa Prezidenti Emmanuel Makron "Telegram"ın qurucusu Pavel Durovun saxlanılmasının siyasi olmadığını deyib.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında paylaşım edib.
"Mən burada Pavel Durovun saxlanılmasından sonra Fransa ilə bağlı yalan məlumat oxuyuram.
Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa hər şeydən çox bağlıdır. Bu, belə də qalacaq.
Hüquq dövlətində, real həyatda olduğu kimi sosial şəbəkələrdə də azadlıqlar vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi üçün qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilir.
Qanunun icrasını tam müstəqil şəkildə həyata keçirmək ədliyyə sistemindən asılıdır.
Telegram rəhbərinin Fransa ərazisində saxlanılması davam edən hüquqi araşdırma çərçivəsində baş tutub. Bu heç bir halda siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir", - paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb













