Xankəndidə "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda konfrans keçirilib
Far.Az xəbər saytı

Xankəndidə "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda konfrans keçirilib


Baş Prokurorluq, həmçinin Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda konfrans keçirilib.

Far.Az report-a istinadən xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusifov və digər rəsmi şəxslər çıxış ediblər.

Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən danışıblar.

Daha sonra tələbələr Kamran Əliyev və Emin Əmrullayevə müxtəlif suallar ünvanlayıb.

Sonda xatirə fotosu çəkdirilib.

*** 09:26

Xankəndidə "Heydər Əliyev və Suveren Azərbaycan" mövzusunda konfrans keçirilir.

Far.Az report-a istinadən xəbər verir ki, Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Heydər Əliyev və Suveren Azərbaycan" mövzusunda konfrans baş tutur.

Konfransda Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri və medianın nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər