"Şirin qorxusu" kampaniyası start götürdü
Azərbaycan Cüdo Federasiyası (ACF) "AS Holdings"in sponsorluğu ilə sağlam gələcək naminə "Şirin qorxusu" adlı yeni sosial maarifləndirmə layihəsinə start verib.
Layihə çərçivəsində ACF tərəfindən ilk olaraq Gəncə şəhər Ə.Cavad adına 2 saylı tam orta məktəb, M.Ş.Vazeh adına 16 saylı tam orta məktəb, M.Füzuli adına 22 saylı tam orta məktəb, N.Hüseynov adına 38 saylı tam orta məktəblərdə və Gəncə Cüdo Təlim Mərkəzində maarifləndirici sessiyalar keçirilib.
Sessiyalarda interaktiv təlimlər, təcrübələr, oyunlar və təqdimatlar vasitəsilə şəkərin zərərləri barədə uşaqlara məlumat verilib.
Kampaniya çərçivəsində uşaqlar 1 ay müddətində ödənişsiz cüdo dərslərində iştirak imkanı əldə ediblər. Bundan əlavə, iştirakçılara maarifləndirici və motivasiyaedici hədiyyələr, sertifikatlar və xüsusi kuponlar təqdim olunub.
Qeyd edək ki, bu təşəbbüs yalnız şəkərin zərərləri ilə mübarizəyə deyil, eyni zamanda uşaqlarda idman sevgisi və sağlam həyat tərzi ilə bağlı uzunmüddətli vərdişlərin formalaşdırılmasına xidmət edir.
Kampaniyanın əsas məqsədi sağlam həyat tərzinin təbliği, şəkərin zərərləri barədə maarifləndirmənin gücləndirilməsi, uşaqlarda şəkərin həddindən artıq istifadəsi ilə bağlı yaranan problemlərin qabardılması, bu sahədəki məlumatsızlığın azaldılması, eləcə də sağlam vərdişlərin uşaqlara əyləncəli və yaradıcı yollarla aşılanmasıdır.
Son illər ərzində aparılan müşahidələr göstərir ki, uşaqların gündəlik qida rasionunda şəkərin miqdarı normadan artıqdır. Bu isə fiziki zəiflik, diş çürümələri, konsentrasiya problemləri və piylənmə kimi ciddi fəsadlara səbəb olur. Bir çox valideyn və uşaqlar isə bu risklərin fərqində deyil.
Layihə Bakı ilə yanaşı regionları da əhatə edəcək. Layihə barədə ətraflı məlumat almaq üçün ACF-in 8558 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













