OpenAI-dən yeni təhlükəsizlik addımı: Kimlik təsdiqi tələb oluna bilər
OpenAI süni intellekt texnologiyalarının təhlükəsiz və məsuliyyətli istifadəsini təmin etmək məqsədilə yeni qaydalar tətbiq etməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, şirkət, inkişaf etmiş modellərə çıxış üçün "Doğrulanmış Təşkilat" statusunu məcburi etməyi planlaşdırır. Bu statusu əldə etmək üçün təşkilatlar rəsmi dövlət kimliyini təqdim etməli və OpenAI-nin müəyyən etdiyi meyarlara cavab verməlidir.
Yeni sistem çərçivəsində bir kimlik sənədi yalnız 90 gündən bir fərqli təşkilat üçün istifadə oluna biləcək və bütün müraciət edənlər avtomatik olaraq uyğun hesab edilməyəcək – uyğunluq ayrıca qiymətləndiriləcək.
OpenAI bu addımı API-lərin sui-istifadəsini, dezinformasiyanın yayılmasını və məlumatların icazəsiz surətlənməsini önləmək məqsədilə atır. Şirkət əvvəllər bəzi dövlətlərə bağlı qrupların sistemi qanunsuz istifadə etdiyini də açıqlamışdı. Yeni sistemin tətbiq vaxtı hələlik dəqiqləşdirilməyib, lakin gələcəkdə bu şərtin zəruri olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













