"Haber Global": Azərbaycan Şimali Kiprlə bağlı məsələdə sözünün arxasında durmağı seçdi
Azərbaycan Şimali Kiprlə bağlı mövqeyi ilə pulun hər şey demək olmadığını sübut etdi.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın süjetində təhlükəsizlik siyasəti üzrə ekspert Mete Yarar danışıb.
O qeyd edib ki, Azərbaycan da istəsəydi, digərləri kimi yunan Kipri məsələsinə münasibət bildirib, Avropa ilə problemlərini həll edə bilərdi. Ancaq Azərbaycan sözünün üstündə durmağı seçib:
"Qarabağla bağlı hələ də yekun sülh sazişi yoxdur. Hələ də kənar qüvvələr ortaya nifaq salmağa çalışır. Azərbaycanı başqa ölkələr üzərindən təhdid edirlər. Amma bütün bunlara rəğmən, Azərbaycan sözünün üstündə durur. Mərkəzi Asiya ölkələrinə 12 milyard avro pulun hamısını verəcəklərinə inanmıram. Bu vəsaiti 5-ə böləndə hər ölkəyə 2 milyard avro düşür, 10 ilə böldükdə isə illik məbləğ təxminən 200 milyon avro edir. Dəyərlər bu qədərmi ucuzdur?"
Ekspert hesab edir ki, Türk Dövlətləri Təşkilatı daxilində qardaş münasibətində olan, ortaq əlifba yaradan ölkələr bir-birinə qarşı bu addımı atmamalıydı:
"Biz Turan iqtisadi zonasından danışdıq, bərabər böyüyəcəyik dedik. Burada məsələ təkcə yunan Kiprini tanımaq deyil, həm də Türkiyəni işğalçı kimi göstərməkdir. Diplomatiya, ikitərəfli münasibətlər bir tərəfə, qardaş qardaşa bunu etməz. Türkiyə hansı məsələdə bu ölkələrin arxasında durmayıb? İllərlə Şimali Kipri tanımamalarına bir şey demədik, amma yunan Kiprini tanımaları ilə bizi çətinə saldılar. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası bu məsələ barədə niyə bir açıqlama vermir? Onların əsas vəzifəsi məhz bu kimi məsələlərə münasibət bildirməkdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













