Azərbaycanın "Xocalı" gəmisi ilk dəfə Hind okeanına daxil olub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Handysize" tipli "Xocalı" gəmisi istismar müddətində ilk dəfə Hind okeanına daxil olub.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, martda ABŞ-nin Portland limanından 37 000 ton kalsiumlu soda yükləyən gəmi Sakit okeanla hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra "Xocalı" İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən gəmi marşrut çərçivəsində ilk olaraq Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatını yerinə yetirəcək.
Bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması, fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə ötən ilin mayında istismara verilib. Onun dedveyti 38 593 ton təşkil edir. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi məhdudiyyətsiz üzmə imkanlarına malikdir.
Oxşar xəbərlər
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
ASCO-nun “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora ilk səfərini tamamlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













