Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti, Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə "Azərbaycan–Türkiyə HDQ arasında 10-cu Qərargah danışıqları"nda iştirak məqsədilə Ankara şəhərinə səfər edib.
Bu barədə Far.Az-ə Müdafiə Nazirliyindən bildirilib.
Səfərin əvvəlində nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Səfər çərçivəsində iki qardaş ölkənin HDQ arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif sahələr üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Toplantının yekununda Azərbaycan və Türkiyə HDQ arasında əməkdaşlığın inkişafına dair birgə razılaşmanı əks etdirən protokol imzalanıb.
Qalereya
Oxşar xəbərlər
XİN: Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













