Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə növbəti görüş keçirilib.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, "Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketin"in və "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi Şirkətin"in ölkəmizdəki filialları və "Körpü-Bina-Tikinti" MMC-nin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramının icrası işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən aktiv məşğulluq proqramlarını diqqətə çatdırıb. O, işəgötürənlərlə sıx əməkdaşlıqda həyata keçirilən bu proqramların getdikcə daha da genişləndirildiyini vurğulayıb.
Görüşdə işğaldan azad olunan ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması sahəsində görülmüş işlər, bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













