Ceyhun Bayramov Mövlud Çavuşoğlunu ziyarət edərək başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov atasını itirən Türkiyənin keçmiş XİN başçısı Mövlud Çavuşoğluna başsağlığı verib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, nazir M.Çavuşoğlunun Antalyadakı ata evinə gedərək, orada başsağlığı diləklərini çatdırıb.
C.Bayramov ziyarətdən sonra jurnalistlərə verdiyi açıqlamada bu gün Azərbaycan heyətinin qardaş Türkiyədə olduğunu bildirib:
"Bura gəlməyimizin səbəbi əziz qardaşım və yaxın dostum Mevlüt Çavuşoğlunun atasının vəfatıdır. Buraya mərhumun ailəsinə, Mevlüt Çavuşoğluna, qardaşlarına və böyüklərinə başsağlığı vermək üçün gəldik. Allahdan mərhum Osman Çavuşoğluna rəhmət diləyirik. Onun o dünyasının cənnət olmasını ürəkdən arzu edirik.
Osman Çavuşoğlunu tanımasam da, burada qısa müddət ərzində insanlardan ciddi şəkildə xoş sözlər, xatirələr eşitdim. Bu qədər çox sayda insanın gəlməsi, bu məclisdə iştirak etməsi, həyata Mevlüt Çavuşoğlu kimi bir övladı dünyaya gətirməsi, onu tərbiyə etməsi özlüyündə çox qiymətli şeydir.
Azərbaycanda Mövlud Çavuşoğluna hamının çox böyük sevgisi, çox böyük hörməti var. Mövlud bəy həmişə Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi önəm verən və bu əlaqələrə xüsusi yanaşma göstərən qardaşımız, dostumuz olub. Bu, həmişə belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Bu gün burada təkcə öz ehtiramımızı deyil, eyni zamanda bütün Azərbaycan xalqının başsağlığı diləklərini çatdırırıq".
Xatırladaq ki, M.Çavuşoğlunun atası aprelin 17-də 93 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan-Pakistan biznes forumu keçirilib
Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













