Azarkeşlərin ən çox izlədiyi qarşılaşma - "Qarabağ" - "Neftçi" matçları
Far.Az xəbər saytı

Azarkeşlərin ən çox izlədiyi qarşılaşma - "Qarabağ" - "Neftçi" matçları


Misli Premyer Liqasının XXXI turunun "Qarabağ" – "Neftçi" oyununu (3:0) 7200 tamaşaçı izləyib.

Far.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.

Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.

"Neftçi Arena"dakı "Neftçi" – "Qarabağ" qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.

Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun "Neftçi Arena"dakı "Neftçi" – "Qarabağ" (0:3) oyununda 7069 tamaşaçı olub.

Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun "Sumqayıt" – "Qarabağ" matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
Azərbaycan millisi Haitiyə məğlub olub
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər