"Fenerbahçe"nin sabiq baş məşqçisi Verner Lorant vəfat edib
Far.Az xəbər saytı

"Fenerbahçe"nin sabiq baş məşqçisi Verner Lorant vəfat edib


"Fenerbahçe" Sivasspor, Kayseri Erciyesspor və Kasımpaşanın sabiq baş məşqçisi, almaniyalı mütəxəssis Verner Lorant 76 yaşında dünyasını dəyişib.

Far.Az haber global-a istinadən xəbər verir ki, Lorant 1,5 il ağır xəstəliklə mübarizə apardıqdan sonra Almaniyanın Vasserburq şəhərindəki xəstəxanada vəfat edib.

2002-ci ildə "Fenerbahçe"yə rəhbərlik edən təcrübəli çalışdırıcı İstanbul təmsilçisinin başında 39 oyuna çıxmış və orta hesabla hər matçda 1,97 xal qazanmışdı.

Alman mütəxəssis eyni zamanda klubun tarixində xüsusi yer tutan 6:0 hesablı "Qalatasaray" qələbəsində komandanın sükanı arxasında olmuşdu.

Verner Lorant Türkiyədə yalnız Fenerbahçədə deyil, həmçinin Sivasspor, Kayseri Erciyesspor və Kasımpaşa kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərmişdi.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər