Tramp və Harrisin komandaları debatla bağlı razılığa gələ bilmirlər
Far.Az xəbər saytı

Tramp və Harrisin komandaları debatla bağlı razılığa gələ bilmirlər


Donald Tramp və Kamala Harris arasında 2024-cü il sentyabrın 10-na planlaşdırılan debat, mikrofon qaydaları ilə bağlı fikir ayrılıqları səbəbilə ləğv oluna bilər.

APA xəbər verir ki, Donald Trampın komandası Co Bayden ilə əvvəlki debatlarda müəyyən edilmiş qaydalara uyğun olaraq, rəqib danışarkən namizədin mikrofonunun söndürülməsini tələb edir.

Kamala Harrisin komandası isə debatın şəffaflığını və ədalətli olmasını əsas gətirərək hər iki iştirakçının mikrofonlarının tədbir boyu açıq qalmasını tələb edir.

Namizədlərin seçki komandaları hələ ki, məsələ ilə bağlı danışıqları davam etdirirlər.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Kamala Harris Donald Trampla “Fox News”-un efirində debatdan imtina edib
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər