Qırğızıstan Milli İncəsənət Muzeyində Mirzə Qədim İrəvaniyə həsr olunmuş mühazirə keçirilib
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın Qırğızıstan Milli İncəsənət Muzeyində "Mirzə Qədim İrəvani: Şərq və Avropa sənət üslublarının kəsişməsində" mövzusunda mühazirəsi keçirilib.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində reallaşan mühazirədə Şirin Məlikova XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) ömür yolu və yaradıcılığından danışıb.
Qeyd olunub ki, rəssam bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb. Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan M.Q.İrəvaninin zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Mədəniyyət sahəsi üzrə tələbələrin və mədəniyyət işçilərinin iştirak etdiyi mühazirə maraqla qarşılanıb.
Sonda mövzu üzrə suallar ətraflı cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













