Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib
Far.Az xəbər saytı

Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib


İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Far.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək. 

Qeyd edək ki, vətəndaş bundan əvvəl həmin müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyirdi. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Uğurlu əməliyyatları ilə Qəbələ sakinlərinə əlac olan Mərkəzi Rayon Xəstəxanasından REPORTAJ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər