İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar
Far.Az xəbər saytı

İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar


İslam Respublikasından fərqli olaraq, ABŞ və İsrail İranla 40 günlük münaqişə zamanı sərf olunan raket və bombaların ehtiyatlarını doldurmaqda çətinlik çəkəcəklər.

"Far.Az"un "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kosari çıxış edib.

Onun sözlərinə götə, düşmən əlindən gələni edib, lakin itkiləri kompensasiya etməkdə çətinlik çəkəcək, İranın isə öz ehtiyatlarını asanlıqla yeniləyə biləcək.

Kosari həmçinin İranın düşmənlərinin onun imkanlarını az qiymətləndirdiyini bildirib və ölkənin gələcək qarşıdurmaya hazır olması barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüz boğazının Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlı olduğunu bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər