6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib
Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin aprel ayı ərzində 44 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Far.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Həmçinin qeyd olunub ki, car ilin aprel ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 6680, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 542 müraciət daxil olub.
"Bundan əlavə, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 1025 müraciət daxil olub.
Həmçinin 2026-cı ilin aprel ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 23316 müraciət
daxil olub.
Onu da qeyd edək ki, müvafiq dövr ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 1746 inzibati qərar qəbul edilib. Eyni zamanda, ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən bu ilin aprel ayı ərzində 149 qərar, ilk 4 ayı ərzində ümumilikdə 516 qərar qəbul edilib", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kevin Medina "Qarabağ"la vidalaşdı
-
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
-
Azərbaycanla Moldova təhsil və tədqiqat sahəsində əməkdaşlığı inkişaf etdirir
-
12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
-
Gənclər arasında infarkt riski niyə artır? - AÇIQLAMA
-
Ozan Akbaba doğulduğu evin fotosunu paylaşdı













