Ərəb ölkələrində toz FIRTINASI
Ərəb ölkələrində təsirli olan əlverişsiz hava şəraiti bölgəni şiddətli toz və qum fırtınaları ilə əhatə edib.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Filistin, İordaniya, Misir, Suriya, Livan, İraq, Küveyt, Qətər və Səudiyyə Ərəbistanında qum fırtınası səbəbilə rəsmi qurumlar əhaliyə xəbərdarlıq edib. İordaniya İctimai Təhlükəsizlik İdarəsi insanları ehtiyatlı olmağa çağırıb.
Misir Meteorologiya İdarəsinin məlumatına görə, fırtına Əsyut, Minyə və Süveyş şəhərlərini əhatə edib. Paytaxt Qahirə, şimal bölgələrində qum və tozun təsirinin zəiflədiyi, bəzi yerlərdə isə fırtınanın daha yüngül şəkildə davam etdiyi qeyd olunub.
Suriyalı rəsmi şəxslər ölkənin aşağı təzyiq sisteminin təsiri altına düşdüyünü və buna bağlı olaraq hava temperaturunun artdığını açıqlayıb. Livan Meteorologiya İdarəsi isə toz daşıyan küləklərin saatda 70 kilometrə çata biləcəyini, bəzi bölgələrdə ildırımlı yağışların müşahidə olunacağını bildirib.
Oxşar xəbərlər
Süveyş kanalındakı gərginliyin nəticələri və alternativ yollar – ŞƏRH
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alimlər: Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













