Corc Kluninin həyat yoldaşının ABŞ-yə girişi qadağan oluna bilər
Aktyor Corc Kluninin həyat yoldaşı, vəkil Amal Kluniyə Donald Trampın sanksiyaları səbəbindən ABŞ-yə giriş qadağan oluna bilər.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, fevral ayında Amerika lideri Amerikanın müttəfiqlərinə qarşı təhqiqatlarda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb.
Daha sonra "Financial Times" Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbərdar edib ki, qanun Beynəlxalq Cinayət Məhkəməsində (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant üçün həbs orderlərinin hazırlanmasına kömək edən Amal Kluni də daxil olmaqla, bir sıra vəkillərə təsir edə bilər.
Amal Kluni Livanda anadan olub, lakin iki yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya mühacirət edib və burada Oksfordu bitirib. Onun ABŞ vətəndaşlığı yoxdur. O, 2002-ci ildə ABŞ-da vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Müdafiəçi 2014-cü ilin sentyabrında aktyor Corc Kluni ilə evlənib. Cütlük iki yeddi yaşlı əkiz Aleksandr və Ella adlı övlad böyüdür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













