Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
Far.Az xəbər saytı

Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb


Gürcüstanın Dmanisi bələdiyyəsinin Qantiadi (keçmiş Qalamşa) kəndi yaxınlığında yerləşən Naqzauri Erkən Xristian Monastır Kompleksində yeni məbədin qalıqları aşkarlanıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər məlum olmayan kilsə kompleksin qərb hissəsində aşkar edilib. Arxeoloji tədqiqatlar zamanı binanın əsas nefi və apsidası öyrənilib.

Məlumata görə, iri daşlardan tikilmiş binanın divarlarının qalınlığı 1,5 metrə, qorunub saxlanılan hündürlüyü isə 1,3 metrə çatır. Məbədin daxilində minbər və taxçaya aid memarlıq fraqmentləri, həmçinin sütun üçün daş baza aşkarlanıb. Döşəmə səviyyəsində dam örtüyündə istifadə olunan kirəmit parçaları da tapılıb.

Naqzauri kompleksi Kvemo Kartlinin mühüm arxeoloji abidələrindən biridir. Kompleksin ərazisində bir neçə dini məbədlə yanaşı, yaşayış və kənd təsərrüfatı tikililəri də yerləşib.

Qeyd edək ki, kompleksdə arxeoloji tədqiqatlar Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin maliyyələşdirməsi ilə 2025-ci ildən aparılır.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər