Azərbaycan Velosiped Federasiyasına yeni prezident seçilib
Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Daha sonra AVF-nin baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.
Tədbirdə AVF prezidenti Mədət Quliyev çıxış edərək, təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək qurum rəhbərliyinə uğurlar arzulayıb.
"Silk Way" Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin yeni prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Axundov çıxış edərək etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.
Oxşar xəbərlər
"Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu
Silk Way West Airlines ən böyük vergi ödəyicisi mükafatına layiq görülüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













