Alimlər Misir piramidalarının sirrini açdı: Daş bloklar belə daşınırmış
Far.Az xəbər saytı

Alimlər Misir piramidalarının sirrini açdı: Daş bloklar belə daşınırmış


Alimlər qədim Misirdə piramidaların tikintisində istifadə olunan daş blokların necə daşındığını müəyyən ediblər. Yeni arxeoloji araşdırmalar göstərir ki, bu nəhəng və ağır daşlar inşaat ərazilərinə Nil çayının qurumuş qolu vasitəsilə su yolu ilə daşınıb.

Far.Az mk.ru-ya istinadən xəbər verir ki, tədqiqatçılar bildirirlər ki, qədim misirlilər daş blokları əvvəlcə çayın kənarına gətirir, sonra isə su axını sayəsində tikinti sahəsinə qədər çatdırırdılar. Bu, o dövr üçün həm praktik, həm də ağıllı bir həll yolu olub.

Bununla yanaşı, digər elmi versiyalar da mövcuddur. Tarixçi Herodotun fikrincə, taxta domkratlar vasitəsilə daşların qaldırılması və yerinin dəyişdirilməsi mümkün olub. Eyni zamanda bəzi tədqiqatçılar bildirirlər ki, daşların yuxarıya doğru daşınması üçün torpaqdan hazırlanmış maili rampalardan istifadə olunub.

Yeni araşdırmalar piramidaların inşasında həm su, həm də quru logistikası üsullarının tətbiq edildiyini göstərməklə, qədim Misir mühəndisliyinin nə qədər inkişaf etmiş olduğunu bir daha sübut edir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər