Fransada katolik məktəbində cinsi və fiziki zorakılıq iddiası: İbtidai araşdırma başladılıb
Fransanın cənub-qərbində yerləşən özəl katolik məktəbinə qarşı cinsi və fiziki zorakılıq iddiaları ilə bağlı ilkin istintaqa başlanılıb.
Far.Az xəbər verir ki, Fransanın "Le Figaro" qəzetinin məlumatına görə, Pireney-Atlantik departamentinin Ustarits şəhərindəki "Saint-François-Xavier" adlı katolik orta və ali məktəbi zorakılıq iddiaları ilə gündəmə gəlib.
Bayonne Prokurorluğu 1960–2005-ci illər arasında həmin məktəbdə oxuyan 10-dan çox şagirdin cinsi və fiziki zorakılığa məruz qaldıqlarını bildirərək 10 aprel tarixində şikayət etmələrindən sonra məktəbə qarşı ilkin araşdırmaya başlayıb.
"Facebook" sosial şəbəkəsində bu məktəbin zərərçəkmiş şagirdlərindən ibarət yaradılmış kollektivin sözçüsü Jil Parent bildirib ki, Fransada daha əvvəl cinsi istismar iddiaları ilə gündəmə gələn Betharram Katolik Məktəbi işi onları bu şikayəti verməyə təşviq edib.
Qeyd edək ki, "Notre-Dame de Betharram" məktəbinin keçmiş şagirdlərindən 112 nəfərin şikayəti əsasında Pau Prokurorluğu ötən il məktəbdə 1960–2011-ci illərdə baş verdiyi iddia edilən zorakılıq və cinsi istismar halları ilə bağlı istintaqa başlamışdı.
Bu məktəbin 93, 69 və 59 yaşlarında olan üç keçmiş əməkdaşı 19 fevralda saxlanılmışdı. Şikayətçi olan keçmiş şagirdlərin sayı isə sonradan 200-ə çatmışdı.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













