"Uzak Şehir"in aktyoru: "Ləhcəm indi mənə pul qazandırır"
Far.Az xəbər saytı

"Uzak Şehir"in aktyoru: "Ləhcəm indi mənə pul qazandırır"


"Uzak Şehir" serialının aktyoru Ferit Kaya açıqlaması ilə diqqət çəkib.

Far.Az xəbər verir ki, o əvvəllər ləhcəsinə görə seriallara çəkilə bilmədiyini deyib. Lakin indi ləhcəsi ilə danışdığı serialda daha çox pul qazanır. 

"Aktyorluq karyeramın ilk illərində narahat olduğum və düzəltməyə çalışdığım ləhcə indi mənə pul qazandırır. Mən xarakteri olan rollar oynayıram və bu, işimə inanılmaz dərəcədə kömək edir"- deyə Ferit bildirib. 

Xatırladaq ki, "Uzak Şehir" serialının çəkilişləri Mardində reallaşdırılır. 

Layihənin əsas rollarında aktyorlar Ozan Akbaba, Sinem Ünsal, Qonca Cilasun çəkiliblər. Serialın rejissoru Ahmet Katıksız, senari müəllifi isə Gülizar Irmakdır. 

Sujet xəttində gənc qadın azyaşlı oğlu ilə mərhum ərinin yaşadığı şəhərə gəlir. Lakin həyat yoldaşının ailəsi ona əvvəl yaşadığı ölkəyə getməyə qoymur. Bundan sonra o həmin ailəyə qarşı mübarizə aparırır.

Oxşar xəbərlər

"Uzak Şehir" serialının mahnısını bu məşhur aktyorun qızı oxuyub
"Uzak Şehir"in bu aktyorları real həyatda sevgili oldular
"Uzak Şehir" izlənmə rekordu qırdı
Son 4 ilin ən çox baxılan serialı: Hər iki adamdan biri "Uzak Şehir"i izləyir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər