Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə "Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar" mövzusunda tədbir təşkil edilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması burada yaşayan nadir canlı növləri, o cümlədən nərə balıqları və Xəzər suitilərinin mövcudluğunu təhlükə altına qoyur.
O, dənizin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Çıxışında IDEA İctimai Birliyinin bu istiqamətdə həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq məqsədilə elmi ekspedisiyalar təşkil edilib, balıq ehtiyatlarının bərpası üçün müxtəlif növ balıq körpələri su hövzələrinə buraxılıb.
Leyla Əliyeva IDEA-nın Xəzər sahillərinin təmizlənməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə də məlumat verib. Qeyd olunub ki, 2011-ci ildən etibarən təşkil edilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllü qoşulub, 120 tondan çox tullantı toplanaraq təkrar emala yönəldilib.
O, Xəzər dənizinin gələcəyinin bu gün qəbul edilən qərarlardan asılı olduğunu vurğulayaraq, onun zəngin təbiətini gələcək nəsillər üçün qorumağa çağırıb.
Tədbirin açılışında həmçinin IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti çıxış ediblər.
Daha sonra keçirilən panel müzakirələrinə IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Böyük Britaniyanın Lids Universitetinin nümayəndəsi Saymon Qudman, "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, eləcə də Cenevrə Universitetinin nümayəndəsi, Caspisnet şəbəkəsinin sədri Aleksandr Hedjazi qatılıblar.
Müzakirələr zamanı Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması, dəniz ekosistemlərinin dəyişən şəraitə uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin mövcud ekoloji vəziyyətinə həsr olunan qısametrajlı sənədli film nümayiş edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır












