Belarus Azərbaycanı İrana, Küveytə və BƏƏ-yə ixrac üçün logistika mərkəzi kimi nəzərdən keçirir
Belarus mallarının İrana, Küveytə və BƏƏ-yə çatdırılması üçün Azərbaycanla əməkdaşlıq nəzərdən keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Belarusun logistik operatoru olan "Beltamojservis" müəssisəsinin filial direktoru Marina Belousova Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində deyib.
"2025-ci ilin fevral ayından etibarən "Beltamojservis" Belarus Respublikasının uzaq regionlara mal göndərilməsi üzrə pilot layihəsinin iştirakçısına çevrilib.
Bu layihə sayəsində mallar Rusiyanın limanları vasitəsilə quru yolla daşınır, ardınca isə dəniz nəqliyyatı ilə dünyanın müxtəlif nöqtələrinə çatdırılır", - deyə o bildirib.
Onun sözlərinə görə, bu qısa müddətli təcrübə, göndərişlərin necə həyata keçirildiyini və Belarus ixracatçılarının bu sahəyə olan tələbatını daha yaxşı anlamağa imkan verib: "Eyni zamanda, Belarusun ixrac potensialından və yüklərindən istifadə edən ölkələrin də bu prosesə marağı müşahidə olunub".
M. Belousova əlavə edib ki, əsas məhsullar taxta emalı, sellüloz və qida məhsullarıdır: "Belarus Respublikasının ixrac strategiyasının və "Beltamojservis" logistika operatorunun növbəti inkişaf mərhələsi Azərbaycanla əməkdaşlıq olacaq. Biz bunu yalnız ölkələrimizin ticarət potensialının inkişafı kimi deyil, eyni zamanda Belarus məhsullarının İrana, Küveytə və BƏƏ-yə çatdırılması üçün Azərbaycanın nəqliyyat imkanlarını vacib logistika zənciri kimi nəzərdən keçiririk".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













