ŞƏT Müdafiə Nazirləri Şurasının 2025-ci ildə keçiriləcəyi yer məlum oldu
Far.Az xəbər saytı

ŞƏT Müdafiə Nazirləri Şurasının 2025-ci ildə keçiriləcəyi yer məlum oldu


Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası bu ilin yayında Çində keçiriləcək.

Bu barədə təşkilatın baş katibi Nurlan Yermekbayev RIA Novosti-yə açıqlamasında bildirib.

"Yenidən növbəti müdafiə nazirləri iclasının bu ilin yayında Çin Xalq Respublikasında keçirilməsi planlaşdırılıb", – deyə o qeyd edib.

Bundan əvvəl ŞƏT Katibliyi vurğulanmışdı ki, təşkilat açıq və ayrı-seçkilikdən uzaq çoxşaxəli ticarət sistemini dəstəkləyir və açıq dünya iqtisadiyyatının inkişafına sadiqdir. Bəyanatda həmçinin təşkilatın, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) əsasını təşkil etdiyi çoxşaxəli ticarət sisteminin imkanlarını qorumaq və gücləndirmək əzmində olduğu qeyd edilib.

ŞƏT dövlət başçılarının sonuncu sammiti 2024-cü ilin iyul ayının əvvəlində Qazaxıstanda əyani formatda keçirilmişdi. Ondan əvvəl, 2023-cü ildə isə sammit videokonfrans formatında baş tutmuşdu.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Honkonq ABŞ-nin rüsum qərarından ÜTT-yə şikayət edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər