Putinin yediyi kefirin faydaları - Ruslar maketlərə axın edib "prezident kefiri" alır
Tamaşaçılar Vladimir Putinin prezidentliyinin 25-ci ildönümü üçün çəkilmiş filmdə "Ekovakino" kefirini soyuducuda gördükdən sonra məhsulun satışları sürətlə artıb.
Far.Az xəbər verir ki, hazırda Rusiyada alıcılar "prezident kefirini" almağa tələsir və mütəxəssislər onun dadı ilə tərkibini müzakirə etməyə başlayıb.
Rusiyanın süd sənayesi texnoloqu Elvira Morozova prezidentin içdiyi kefirin faydalarından bəhs edib.
"Vakinsky Agro" tam istehsal dövrünə malikdir. Bu o deməkdir ki, onların öz təsərrüfatları, öz südü var və məhsulu kənardan xammal almadan özləri hazırlayırlar. Onların təsərrüfatları avtomatlaşdırılıb və çox təmizdir. Və təmizlik keyfiyyətin əsasını təşkil edir", – Morozova deyib
Onun sözlərinə görə, şirkət praktiki olaraq əl əməyini aradan qaldırıb, bütün avadanlıqlar avtomatik yuyulur və kefirin pasterizasiyası və qablaşdırılması insan təması olmadan baş verir. Bu, mikroblarla çirklənmə riskini azaldır və məhsulun təhlükəsizliyini artırır.
"Roskaçestvo"nın hesabatında isə qeyd olunur ki, bu kefirdə orta bazar göstəricisindən daha az maya və həm də yumşaq dad var. Mütəxəssislər kefiri 3,1 olaraq qiymətləndiriblər. Lakin Morozova hesab edir ki, burada mənfi cəhətlər üstünlükdür.
"Bu mənfi deyil, əksinə, müsbətdir. Kefiri açıq-aşkar turşuluğu ilə hamı bəyənmir. Belə bir məhsul mədə üçün aqressiv ola bilər, xüsusən də uzun müddət saxlanılırsa," texnoloq izah edib.
O, kefirin canlı məhsul olduğunu, yanlış temperaturda saxlandıqda şişə biləcəyini vurğulayıb.
"Maya çox olarsa, qablaşma şişə bilər. Dad və təhlükəsizlik üç şeydən asılıdır: orijinal südün keyfiyyətindən, istehsalda təmizlikdən və texnoloqun səriştəsindən. Bütün bunlar, Vakinsky Agro-da yüksək səviyyədədir".
"Mən onların məhsullarını sərgilərdə sınaqdan keçirmişəm - həqiqətən dadlıdırlar. Prezidentin məhz bu məhsulu seçməsi çox yaxşı haldır. Bəlkə başqaları ölkəmizdə görülən işləri daha çox qiymətləndirməyə başlayacaqlar".
Qeyd edək ki, Vladimir Putinin Kremldəki mənzilin soyuducusundan kefir çıxardığı film 2025-ci il mayın 4-də nümayiş etdirilib.
Oxşar xəbərlər
Niyə donuzun südü içilmir? Heyrətamiz faktlar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













