Yer kürəsində yeni qitə "doğulur"
Avstraliya və Fransa alimləri Hind okeanının cənubunda, Antarktida yaxınlığında yeni qitənin əmələ gəlməsinin əlamətlərini aşkar ediblər.
BAKU.WS xəbər verir ki, "Terra Nova" elmi jurnalında dərc olunan məlumatlara görə, regionda kontinental qabığın aktiv şəkildə yığılması müşahidə olunur.
Süxurların təhlili göstərib ki, yer qabığının strukturu adi okean qabığından əhəmiyyətli dərəcədə fərqlənir.
Onun formalaşmasının yüksək sürəti qeyd olunur: orta hesabla ildə təxminən 0,001 kub kilometr. Bu bəzi ərazilərdə isə 0,8 kub kilometrə qədər olur.
Bu dəyişikliklər subduksiya zonalarında baş verir, burada okean plitəsi kontinental plitənin altına düşərək süxurların əriməsinə və maqmanın əmələ gəlməsinə səbəb olur. Bu da qitələrin formalaşmasında əsas mərhələdir.
Mütəxəssislərin fikrincə, yeni qabığın böyüməsi prosesi 7-12 milyon il əvvəl başlayıb. Əgər bu cür sürət davam edərsə, bütöv qitənin formalaşması üçün təxminən eyni vaxt lazımdır. Bunun əsas əlamətlərindən biri materik qabığının əsas elementi olan qranit təbəqəsinin yığılmasıdır.
Bu kəşf Yerdəki geoloji proseslərin hətta planetin uzaq və zahirən sabit guşələrində belə davam etdiyini təsdiqləyir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













