"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qazanılan qələbəni şərh edib
Far.Az xəbər saytı

"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qazanılan qələbəni şərh edib


Final görüşü olduğu üçün oyunun taleyi son saniyələrdə həll oldu.

BAKU.WS xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis həlledici seriyanın üçüncü matçında qazandıqları qələbəni (79:76) şərh edib:

"Çətin keçən oyuna biz yaxşı başlamışdıq. Ribaundlara və müdafiəyə yaxşı nəzarət edirdik. İkinci hissədə səhvlərə yol verdik və "Sabah" hesab arasındakı fərqi azaltdi. Rəqib elə komandadır ki, səhvləri bağışlamır və cəzalandırır. Üçüncü hissədə müdafiədə və hücumda bəzi dəyişikliklər etdik. Bundan sonra oyunu daha yaxşı hiss etməyə başladıq. Final görüşü olduğu üçün oyunun taleyi son saniyələrdə həll oldu. Əvvəlki iki görüşdə son dəqiqələrdə məğlub olmuşduq. Ancaq bu gün qələbə qazanmağa özümüzdə güc tapdıq. Komandamla fəxr edirəm. Növbəti matça hazırlaşacağıq və yenə qələbə qazanmağı qarşımıza məqsəd qoyacağıq."

Qeyd edək ki, əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Neftçi"nin məşqçisi: "Bu gün hücumda və müdafiədə yaxşı oynadıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər