Cənubi Koreya və Yaponiya: Şimali Koreya ballistik raket sınağı keçirib
Far.Az xəbər saytı

Cənubi Koreya və Yaponiya: Şimali Koreya ballistik raket sınağı keçirib


Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yaponiya dənizi istiqamətinə qısa mənzilli ballistik raketlər atdığını açıqlayıb.

Far.Az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın ölkənin şərqində yerləşən Vonsan bölgəsindən yerli vaxtla saat 08:10-dan 09:20-dək bir neçə qısa mənzilli ballistik raket buraxdığını bildirib.

Raketlər şimal-şərq istiqamətində hərəkət edib, maksimum 100 kilometr hündürlüyə qalxaraq təxminən 800 kilometr məsafə qət etdikdən sonra Yaponiya dənizinə düşüb.

Cənubi Koreya ordusu raketlərin izlənməsi və ABŞ, eləcə də Yaponiya ilə məlumat mübadiləsinin davam etdiyini vurğulayıb.

Yaponiya Müdafiə Nazirliyi isə raketlərin hamısının ölkənin Xüsusi İqtisadi Zonası (EEZ) xaricinə düşdüyünü ehtimal etdiklərini bildirib.

ABŞ Hind-Sakit Okean Qüvvələri Komandanlığı (INDOPACOM) Şimali Koreyanın raket sınağını qınayıb və Pxenyanı beynəlxalq hüquqa zidd və sabitliyi pozan bu addımlardan çəkinməyə çağırıb. Komandanlıq əlavə edib ki, raketlər nə ABŞ əsgərləri və ərazisi, nə də bölgədəki müttəfiqlər üçün təhdid təşkil etmir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimali Koreya qitələrarası ballistik raket buraxdığını təsdiqləyib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər