Türkiyədə ard-arda iki zəlzələ baş verdi
Far.Az xəbər saytı

Türkiyədə ard-arda iki zəlzələ baş verdi


Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayonunda 4,4 və 4,2 bal gücündə iki zəlzələ qeydə alınıb.

Far.Az Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytına istinadən xəbər verir ki,  Gümüşhacıköydə yerli vaxtla saat 12:23-də 4,4 bal, saat 12:26-da isə 4,2 bal gücündə iki yeraltı təkan baş verib.

Zəlzələlər müvafiq olaraq 10,07 və 19 kilometr dərinlikdə qeydə alınıb.

Təkanlar səbəbilə bölgədə yaşayan vətəndaşlar qorxu içində binalardan çölə çıxaraq bir müddət gözləyiblər. Zəlzələ ətraf vilayət və rayonlarda da hiss edilib.

Amasya valisi Önder Bakan açıqlamasında vətəndaşlara "geçmiş olsun" arzularını çatdıraraq, "Çox şükür ki, bizə hər hansı mənfi halın olduğu barədə məlumat daxil olmayıb. Sahə üzrə yoxlama işlərinə dərhal başlanılıb. AFAD və digər qurumlarımız bölgədə araşdırmalarını davam etdirir," – deyə bildirib.

Qeyd edək ki, Gümüşhacıköy və Hamamözü rayonlarında məktəblərdə bu gün tədrisə ara verilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər