Pakistanda patrul xidmətinə hücum nəticəsində on polis ölüb, 18 yaraqlı zərərsizləşdirilib – Yenilənib
Pakistanın Xayber-Paxtunxva əyalətində polis patrul xidmətinə hücum nəticəsində hüquq-mühafizə orqanının on əməkdaşı həlak olub, daha 12 nəfər yaralanıb.
"Report" "Dawn"a istinadən xəbər verir ki, bu barədə regional polis məlumat yayıb.
Qeyd edilir ki, atışma zamanı on səkkiz yaraqlı məhv edilib.
Hadisə Kohata rayonunda polis əməkdaşları yerli hakimiyyət orqanları ilə qanunsuz qızıl hasilatına qarşı birgə əməliyyatdan qayıdarkən baş verib. Polisin məlumatına görə, hücumu Pakistanın "Təhriki-i-Taliban" üzvləri törədib.
Ölənlər arasında polis rəisinin müavini Heydər Zaman da var. Yaralılar xəstəxanaya aparılıb.
Vəlayətin qubernatoru Feysəl Kərim Kundi ölənlərin ailələrinə başsağlığı verib və hadisə ilə bağlı ətraflı məlumat tələb edib. O, hücum edənlərin ədalət mühakiməsinə cəlb olunacağına söz verib.
Pakistanın şimal-qərbindəki Kohat şəhərində patrul dəstəsinə hücum nəticəsində ən azı 12 polis əməkdaşı yaralanıb.
Bu barədə Report DAWN-a istinadən xəbər verir.
Məlumata görə, hücum cinayətkar ünsürlərin iştirakı ilə qeyri-qanuni faydalı qazıntı hasilatına qarşı mübarizə əməliyyatı zamanı baş verib.
Xilasetmə xidmətinin nümayəndəsi Cavad Afridi videomüraciətində bildirib ki, polis dəstəsi atəşə məruz qalıb, bundan sonra 12 əməkdaş xəstəxanaya çatdırılıb.
Afridi qeyd edib ki, xəsarət alanlar və mümkün həlak olanlar barədə dəqiq məlumat daha sonra təqdim ediləcək.
Öz növbəsində, "Reuters" agentliyi 11 polisin həlak olduğunu bildirib. Lakin Pakistan hökuməti bu məlumatı hələ ki, təsdiqləməyib.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













