Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir
Far.Az xəbər saytı

Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir


ABŞ-nin Çin mallarına tətbiq etdiyi tariflərin həcmi arta bilər, hazırda tətbiq olunan 10 % dərəcəsi minimum səviyyədir, maksimum səviyyə hələ müzakirə olunur.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Bloomberg TV"nin efirində 10-11 may tarixlərində Cenevrədə keçirilən ABŞ-Çin danışıqlarının nəticələrini şərh edərkən bildirib.

"Aprelin 2-də Çinə qarşı 34 % tarif tətbiq edilib. Fasilə zamanı azalma 10 % təşkil edəcək. Biz qarşılıqlı tariflərin yuxarı həddi ilə bağlı müzakirələri davam etdirəcəyik. Hazırda tətbiq olunan tariflər aşağı həddədir. İndi 90 günlük rüsumların həcmi fasilədəki səviyyəyə enib", - o qeyd edib.

Maliyyə naziri CNBC telekanalına müsahibəsində tərəflərin rüsumları 115 % azaltdığını söyləyib. Hər iki tərəf üçün onların səviyyəsi indi 10 % təşkil edir.

Eyni zamanda, onun sözlərinə görə, ABŞ-yə fentanil qaçaqmalçılığı ilə mübarizədə Çinin guya kifayət qədər səy göstərməməsinə görə ABŞ Prezidenti Donald Trampın fevralda tətbiq etdiyi 20 % səviyyəsində tarif qüvvədə qalır. Bununla əlaqədar bir sıra ABŞ KİV-ləri Çin mallarına qarşı rüsumların indi 10 % deyil, 30 % təşkil etdiyini iddia edib

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Skott Bessent: ABŞ iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər
Azərbaycanda bu şəxslərin maaşları yenidən arta bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər