Tripolidə şiddətli toqquşmalar – 6 yaralı, fövqəladə vəziyyət elan olunub
Far.Az xəbər saytı

Tripolidə şiddətli toqquşmalar – 6 yaralı, fövqəladə vəziyyət elan olunub


Liviyanın paytaxtı Tripolidə silahlı birləşmələr arasında baş verən şiddətli toqquşmalar nəticəsində azı altı nəfər yaralanıb.

Bu barədə Liviya Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi məlumat verib.

Yaralananların mülki və ya təhlükəsizlik qüvvələrinin əməkdaşları olması dəqiqləşdirilməyib.

Qarşıdurmalar Liviya Prezident Şurasına tabe olan Sabitlik Dəstək Qüvvələrinin rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsi ilə bağlı yayılan məlumatlardan sonra başlayıb. Ölüm xəbəri fonunda şəhərdə vaxtaşırı atəş səsləri eşidilməkdə davam edir.

Toqquşmalar Misrata briqadasının dəstəklədiyi 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında qeydə alınıb. Gərgin vəziyyətin artması səbəbilə Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi və Təcili Tibbi Yardım Mərkəzi Tripoli sakinlərinə evlərində qalmağı və ehtiyatlı olmağı tövsiyə edib.

Hazırda şəhərdə fövqəladə vəziyyət və komendant saatı elan olunub, Mitiqa Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. Təhlükəsizlik qüvvələri şəhərdə sabitliyi bərpa etmək üçün tədbirlər görür. Gərginliyin artması bölgədə vətəndaş müharibəsinin yenidən alovlanacağına dair narahatlıqları artırıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər