Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə başlıca məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir: "Bu istiqamətdə muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Sistemin 2027-ci ildə tətbiqinə başlanılması planlaşdırılır".
Nazir müavini qeyd edib ki, əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın tənzimlənməsini zəruri edir: "Bununla bağlı qanun layihəsi müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanılan əmək müqavilələri, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üzrə saatlıq əməkhaqqı sisteminin tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanaraq saatlıq tarif maaşından daha yüksək müəyyən edilməsi təklif olunur".
Z.Əliyev vurğulayıb ki, ilk mərhələdə sistemin yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi nəzərdə tutulur: "Bununla belə, tətbiq gələcəkdə bu sahələrlə məhdudlaşmaya və digər fəaliyyət sahələrini də əhatə edə bilər. Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq".
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













