Maka Boçorişvili: Aİ ilə münasibətlərdən Gürcüstana qarşı alət kimi istifadə etmək cəhdləri açıq görünür
Avropa İttifaqı ilə münasibətlərdən Gürcüstana qarşı alət kimi istifadə etmək cəhdləri açıq görünür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) Tbilisidəki səfirinin son bəyanatını şərh edərkən bildirib.
O deyib ki, bəzi dairələr Aİ ilə münasibətlərdən Gürcüstana qarşı siyasi təzyiq aləti kimi istifadə etmək üçün heç bir səyi əsirgəmir.
Nazirin sözlərinə görə, Avrointeqrasiya təkcə Gürcüstanın xarici siyasət prioriteti deyil, həm də xalqın Avropa ailəsinə qoşulmaqla bağlı tarixi və milli istəyidir:
"Aİ-yə üzv dövlətlər arasında da bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Bu, təkcə Gürcüstanda deyil, Aİ daxilində də müzakirə mövzusudur. Sağlam yanaşmalar var, lakin təəssüf ki, bu yanaşmalar bəzən dezinformasiya və Gürcüstanın imicinə zərər vuran bəyanatlarla kölgədə qalır".
Boçorişvili əlavə edib ki, Gürcüstan Aİ-nin əsasını təşkil edən dəyərlərə sadiqliyini dəfələrlə sübut edib və bu sadiqlik təkcə bəyanatlarla deyil, konkret fəaliyyətlərlə özünü göstərib:
"Gürcüstan hər zaman Avropanın bir hissəsi olub və müasir Avropa dəyərlərinin fəal müdafiəçisidir. Bizim regionda Qərb dövlətlərinin etibarlı tərəfdaşı olduğumuz dəfələrlə sübut olunub. Bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Gürcüstan bu münasibətləri təkbaşına qoruya bilməz – biz avropalı tərəfdaşlarımızdan da eyni anlayış və səmimiyyət gözləyirik," – nazir vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib













