Çindən "avtomobil idxalçısıyam" deyib vətəndaşlara 300 min manat zərər vuran dələduz həbs olundu
Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Far.Az xəbər verir ki, tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.
A.Şirvanzadənin özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satması və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.
Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













