"Qızıl qübbə"nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək
Far.Az xəbər saytı

"Qızıl qübbə"nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək


ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "Qızıl qübbə" - raketdən müdafiə sisteminin yaradılması Birləşmiş Ştatlara 1,5 trilyon dollardan baha başa gələcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin Baş Qərargah rəisi general Bredli Çens Zaltsman bildirib.

Təhlükəsizlik konfransında çıxış edərkən o, ABŞ Konqresinin əsasən kosmosa əsaslanan raketdən müdafiə sistemi üçün planlaşdırdığı 542 milyard dollarlıq büdcənin kifayət etməyəcəyini açıq şəkildə bəyan edib.

"Əlavə maliyyəyə ehtiyac olacaq", - general söyləyib.

O qeyd edib ki, proqrama Çin və Rusiya kimi rəqiblərin hipersəs raketlərini və digər mürəkkəb təhdidlərini aşkar etmək, izləmək və məhv etmək üçün nəzərdə tutulmuş aşağı və orta Yer orbitində peyk arxitekturasının yaradılması daxildir.

Zaltsmanın sözlərinə görə, "Qızıl qübbə"nin yaradılması proqramı hələlik işlənmə mərhələsindədir. Onun sözlərinə görə, baza planı tamamlandıqdan sonra o, Ağ Evin təsdiqi üçün müdafiə naziri Pit Heqsetə təqdim olunacaq.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər