İnvestisiya imkanı artıq Yelo App-də!
ABŞ birjalarında səhm ticarəti ilə maraqlananlar üçün Yelo Bank-dan gözlənilən yenilik!
Bank müştərilərinə əlavə qazanc fürsəti yaradır. Belə ki, Yelo App-də artıq Yelo Invest xidməti aktivdir.
İnvestisiyaya başlamaq üçün müştəri filiala getmədən, lazımi sənədləşmələri sadəcə Yelo App-də SİMA rəqəmsal imza ilə tam onlayn həyata keçirə bilər. Bundan sonra isə qeydiyyatdan keçmiş müştərilər Nvidia, Apple, Google, Tesla, Coca Cola və s. bir çox tanınmış şirkətlərin səhmlərini həm tam, həm də hissəvi şəkildə almaq mümkündür. Alınan səhmlərin sayında heç bir məhdudiyyət yoxdur. Müştərilər Yelo App-də səhm alqı-satqısını həyata keçirə bilərlər, prosedur Amerika fond bazarının iş saatları (17:30-00:00) ərzində tamamlanacaq. Həmçinin "premarket" və "aftermarket" saatları çərçivəsində ABŞ birjalarında sifariş yerləşdirmək mümkündür. Alış AZN və USD valyutalı Yelo kart və ya Yelo Bank-da olan aktiv hesab vasitəsilə həyata keçirilir. Alınmış səhmlər real səhmlərdir, müştərilər həmin şirkətlərin payçısı olurlar. Sadə və aydın interfeysi sayəsində Yelo App-də portfeli idarə etmək, dividendləri nəzarətdə saxlamaq çox rahatdır.
Qeyd edək ki, Yelo Invest xidməti "Unicapital İnvestisiya Şirkəti" ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir. Unicapital 2007-ci ildən etibarən kapital bazarlarının fəal iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzun müddətli üzvüdür. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət və digər xidmətlər göstərir.
Yaxın zamanlarda Yelo Bank investisiya xidmətinin imkanlarını genişləndirəcək. Yelo App ilə səhm almaq sadə, rahat və təhlükəsizdir! Siz də Yelo Invest xidmətindən faydalanıb, əlavə gəlir qazanmaq üçün Yelo App tətbiqini yükləyin: http://bit.ly/ylnvst.
İnvestisiya nədir, necə əldə etmək olar və bu kimi başqa suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Banka getmədən “SİMA İmza” ilə onlayn əmanət hesabı açın!
“SİMA İmza” ilə ƏMAS-da 150 mindən çox müqavilə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb













