Azərbaycan Gürcüstanda IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanın Tbilisi şəhərində keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda (WFER IX) iştirak edir.
"Far.Az" agentliyə istinadən xəbər verir ki, Forum Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının (GNERC) təşkilatçılığı və Enerji Tənzimləyicilərinin Beynəlxalq Konfederasiyasının (ICER) dəstəyi ilə sentyabrın 21-24-də baş tutur.
Bildirilib ki, "Balans əldə edildikdə" ("When Balance is Achieved") şüarı altında təşkil olunmuş tədbir dünyanın müxtəlif ölkələrindən enerji tənzimləyici qurumların, aparıcı enerji şirkətlərinin və regional assosiasiyaların rəhbər şəxslərini və nümayəndələrini, eləcə də tədqiqatçıları bir araya gətirib.
Forumun əsas məqsədi bilik və təcrübə mübadiləsi aparmaq, enerji tənzimlənməsi sahəsində meydana çıxan yeni çağırışlara qoşulmaq, innovativ yanaşmaları araşdırmaq və bu sahədə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.
Tədbir çərçivəsində təşkil olunan sessiyalarda innovasiyalar və enerji keçidi, səmərəli tənzimləmə vasitələri, yanacaq dəyər zəncirinin tənzimlənməsi, regional enerji bazarlarının inteqrasiyası, infrastruktur investisiyaları və şəbəkənin çevikliyi, istehlakçıların hüquqlarının qorunması, elektrifikasiyası mümkün olmayan enerji tələbatının karbonsuzlaşdırılması kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılır.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













