Millimiz dünya çempionatında uğurlu çıxış edərsə, futbolçulara mükafat veriləcək
Far.Az xəbər saytı

Millimiz dünya çempionatında uğurlu çıxış edərsə, futbolçulara mükafat veriləcək


Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxış edərsə yığma üzvlərinə mükafat paylanacaq.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov bildirib.

Federasiya rəsmisi futbolçulara veriləcək məbləği açıqlamayıb:

"Təbii ki, sözügedəb mükafatın məbləğini açıqlaya bilmərik. Lakin artıq baş məşçi Elşad Quliyev bu barədə məlumatlıdır və futbolçulara öz sözünü çatdırıb. İnanırıq ki, qələbə bizimlə olacaq".

Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Oxşar xəbərlər

Orxan Məmmədov: "Bakıda keçiriləcək dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir"
AMF-in prezidenti dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb
Azərbaycan yığma komandası ZFC-Qrapplinq üzrə keçiriləcək dünya çempionatına yola salınıb
ZFC döyüş mərkəzi Azərbaycan Qrapplinq üzrə yığma komandasını Kazaxstanda keçiriləcək dünya çempionatına yola saldı
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər