AMF-in prezidenti dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Xorvatiyada keçiriləcək dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb.
"Far.Az" xəbər verir ki, görüşdə çıxış edən qurum rəhbəri gənc komandanın mundialda iştirakının mühüm olduğunu vurğulayıb.
Azərbaycanda minifutbolun sürətlə inkişaf etdiyini bildirən Orxan Məmmədov yığmanın potensialına inandığını və ölkəmizi layiqincə təmsil edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Federasiya prezidenti futbolçuların ölkəmizə parlaq qələbə ilə dönmələrini arzulayıb. Görüşdə çıxış edən U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə göstərilən diqqətə görə federasiya rəhbərinə təşəkkürünü çatdırıb. O, komandanın perspektivli futbolçulardan qurulduğunu və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirib.
Qeyd edək ki, 23 yaşadək futbolçuların minifutbol üzrə dünya çempionatı oktyabrın 7-dən 10-na qədər Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə birlikdə mübarizə aparacaq. Millinin heyəti ölkə çempionatında fərqlənən gənc futbolçulardan təşkil olunub. Milliyə ən çox futbolçu “Sumqayıt”dan (4) çağırılıb. Gələcəkdə daha iddialı komanda yaratmaq məqsədi ilə yeni mövsümdə hər komandanın heyətində bir nəfər 23 yaşlı futbolçunun olması tələbi qoyulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
Azərbaycan millisinin baş məşqçisi: Bəzi idmançıların çıxışı istədiyimiz səviyyədə olmadı
"Neftçi"nin baş məşqçisi: Artıq qalib gəlməmək üçün səbəbimiz yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər













