Azərbaycan Kunq-fu Federasiyasının prezidenti: "Əminənin nailiyyəti əzmkarlığının göstəricisidir"
Far.Az xəbər saytı

Azərbaycan Kunq-fu Federasiyasının prezidenti: "Əminənin nailiyyəti əzmkarlığının göstəricisidir"


"İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında idmançılarımız tarixi nəticə əldə etdilər".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov jurnalistlərə açıqlamasında deyib.

O, qızlar arasında yarışda dünya çempionu olan Əminə Əliyevanın əzmkarlıq nümayiş etdirdiyini bildirib:

"Əminə Əliyeva ilk dəfə idi döyüş tatamisinə ayaq basırdı. Həyəcanın olması normaldır. Amma döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət hamımızı heyrətləndirdi. Bu uğurun arxasında böyük əziyyət dayanır. Əminənin nailiyyəti əzmkarlığın göstəricisidir. Əminənin şəxsi məşqçisi federasiyamızın şəxsi məşqçisi Babək Əliyevdir. O, peşəkar mütəxəssisdir".

Federasiya rəhbəri komandaya dəstək olan bütün azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, mundialda "light sanda" növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar. Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin nəvəsi dünya çemionu oldu
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ərini qətlə yetirən qadın: "Dedi ki, "kəlmeyi-şəhadətini oxu, onsuz da səni öldürəcəyəm"
"Bacımın maşında başqa şəxslə görüşdüyünü gördüm" - Müəllimənin qatilindən İLGİNC İFADƏLƏR
Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının FİNALINDA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər