Fransada etiraz aksiyalarında 146 min nəfər iştirak edib - Yenilənib
Fransada keçirilən kütləvi etiraz aksiyalarında 146 min nəfər iştirak edib ki, onlardan 28 mini paytaxt Parisdə nümayişə qatılıb.
"Far.Az" xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bununla belə, Ümumi Əmək Konfederasiyası (CGT) etirazlarda 500 mindən çox insanın, o cümlədən Parisdə 175 min nəfərin iştirak etdiyini açıqlayıb.
Çərşənbə axşamı Fransada dövlət sektoru, təhsil və nəqliyyat işçilərinin iştirakı ilə kütləvi tətillər və nümayişlər keçirilib. Paytaxt Parisdə yürüş iki saatdan çox davam edib və İtaliya meydanında başa çatıb.
Regional hakimiyyət orqanlarının məlumatına görə, İl-de-Frans regionunda etirazlar nəticəsində 30-a yaxın liseyin fəaliyyəti pozulub. 10 təhsil müəssisəsində pirotexniki vasitələrdən istifadə qeydə alınıb, dörd lisey bağlanıb. Hadisələr zamanı üç şagird yüngül xəsarət alıb.
Bundan başqa, Paris İnzibati Məhkəməsi polisin paytaxtdakı bir sıra məktəb və universitetlərin 100 metrliyində toplantı və yürüşlərin keçirilməsini qadağan edən qərarının icrasını dayandırıb.
Fransada bu gün yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları planlaşdırılıb və bu aksiyalarda 220 mindən 300 minə qədər insan iştirak edəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Təkcə Parisdə rəsmilər 30 mindən 60 minə qədər insanın iştirakını gözləyirlər.
Yürüşlər Qrenobl, Tuluza, La-Roşel, Orlean, Amyen, Renn və Strasburq daxil olmaqla, Fransanın bir neçə şəhərində keçiriləcək. Parisdə yürüşün Millət meydanından İtaliya meydanına qədər keçirilməsi planlaşdırılıb.
Bir gün əvvəl daxili işlər naziri Loran Nunyes bütün prefektlərə, polisə və jandarmanı sayıq olmağa çağırıb.
Daha əvvəl Fransada iğtişaşların qarşısını almaq məqsədilə pirotexniki vasitələrin satışı qadağan edilmişdi.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib













