ABŞ-də təyyarə qəzası olub, ölənlər var
Far.Az xəbər saytı

ABŞ-də təyyarə qəzası olub, ölənlər var


ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində "Cessna" təyyarəsinin yaşayış məntəqəsinə çırpılması nəticəsində bir neçə nəfər ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "ABC News" telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı təyyarənin göyərtəsində olanlardır. Hələlik dəqiq neçə nəfərin öldüyü barədə məlumat yoxdur.

"BBC News" təyyarədə pilot da daxil olmaqla 8-10 nəfərin ola biləcəyini xəbər verib. İlkin məlumatlara görə, dağılmış 15 evin sakinlərindən heç biri ciddi xəsarət almayıb. 100-ə yaxın insan təxliyə edilib. Ərazidəki yanğınlardan biri istisna olmaqla, hamısı söndürülüb.

Agentliyin məlumatına görə, təyyarə yaxınlıqda yerləşən Montqomeri Fild hava limanına uçurdu.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər